Bakı Təhsil İdarəsindən şagirdin məktəbdən qaçırılmasına MÜNASİBƏT - VİDEO

Bakı Təhsil İdarəsindən şagirdin məktəbdən qaçırılmasına MÜNASİBƏT - VİDEO

Hazırda oxunan: Bakı Təhsil İdarəsindən şagirdin məktəbdən qaçırılmasına MÜNASİBƏT - VİDEO

47687

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəbli qızı maşına mindirərək oğurlamaq istədilər


O bildirib ki, belə hal olubsa da məktəbdən kənar baş verə bilər:

"Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur. Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib.

Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilinin markasını təyin etmək mümkün olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO