Hava limanı yolunda yarışan avtobus sürücüləri CƏZALANDI - VİDEO

Hazırda oxunan: Hava limanı yolunda yarışan avtobus sürücüləri CƏZALANDI - VİDEO

47604

Sosial şəbəkələrdə iki avtobusun sürətli hərəkəti və yarışı ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, hava limanı yolunda yarışan və sürət həddini aşan sərnişin avtobuslarına 100-lə gedən avtomobil belə çata bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Hər iki marşrut təhlükəli manevrlər edərək, sərnişinlərin həyatını riskə atıblar.

Videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Müzakirələrdə hər iki avtobus sürücüsünün cəzalandırılması, birbaşa işlərindən kənarlaşdırılmaları qeyd olunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında ictimailəşən videogörüntülərdən xəbərdar olduqlarını bildirib:

“Sosial şəbəkədə bu görüntülər yayıldıqdan sonra 171 və 136 saylı müntəzəm marşrut xətləri üzrə daşıyıcılar Ayşən LTD və Status Avto MMC-nin rəhbərliyi Agentliyə çağırılıb. İzahatları alınaraq onlara son xəbərdarlıq edilib”, - deyə qurum rəsmisi bildirib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO