
- A-
- A
- A+
Qubada Zəfər günü BELƏ QEYD EDİLDİ - FOTOLAR
Zəfər günü Quba şəhərində də qeyd edilib.
Bizim.Media xəbər verir ki, Zəfər günü Vətən Müharibəsində Qubada çoxsaylı şəhər sakinləri, qazi və döyüşçülər, rayon İcra qurumu, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Şəhidlər Xiyabanında şəhidləri anıblar.
Ziyarətçilər şəhidlərin məzarını gül dəstələri düzüb, ailələrinə başsağlığı veriblər.
Daha sonra Bakı-Quba və Quba-Xudat yollarında 500 ədədə yaxın bəzək ağacı əkilib.
Sonra Vətən Müharibəsi şəhidi Samir Çingiz oğlu Süleymanov şəhadətinin ildönümü qeyd edilib.
2020-ci il noyabr ayının 8-də Quba Şəhidlər Xiyabanında dəfn edilib. 22 yaşında döyüşlərdə şəhid olan Samirin valideynləri belə bir oğulları ilə fəxr etdiklərini deyiblər.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































