Yevlaxda polis əməliyyatı: 7 nəfər saxlanıldı

Yevlaxda polis əməliyyatı: 7 nəfər saxlanıldı

Hazırda oxunan: Yevlaxda polis əməliyyatı: 7 nəfər saxlanıldı
44455
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar 7 nəfər tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.


Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.



Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO