XTQ döyüşçüsü Həmid Abbasbəylinin ANIM GÜNÜ - FOTO

Hazırda oxunan: XTQ döyüşçüsü Həmid Abbasbəylinin ANIM GÜNÜ - FOTO

43053

Bu gün Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Abbasbəyli Həmid Cavanşir oğlunun anım günü qeyd olunub.

Bizim.Media xəbər verir ki, öncə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də Azərbaycanın Xalq artistləri şəhid atası Əli Nur və Azad Şükürov 2-ci Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, onun məzarına çələng və çiçəklər düzüblər.

Sonra tədbir Həmid Abbasbəylinin xatirəsinə ucaldılmış Xatirə lövhəsinin qarşısında davam etdirilib.
 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və tər güllər düzülüb.


Mərasimdə çıxış edənlər qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytarıb, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirib.

Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
 

Vurğulanıb ki, Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatla bir qisim torpaqları işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atıb, 30 illik həsrətə son qoyub.


Sonra məktəblilərin ifasında ədəbi-bədii kompazisiya təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO