Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Hazırda oxunan: Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

42070

Baş Prokurorluqdan Moderator.az-a daxil olan məlumata görə, fevralın 17-19-da Düşənbə şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilib.

Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının layihə rəhbəri və OECD Katibliyinin əməkdaşı, həmçinin Qazaxıstan, Moldova və Litvanın nümayəndələrinin də daxil olduğu monitorinq qrupunda ölkəmizi ekspert qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev təmsil etmişdir.

Monitorinq qrupunun dəyərləndirdiyi əsas istiqamətləri Tacikistan Respublikasının korrupsiyaya qarşı mübarizə siyasəti, korrupsiyanın kriminallaşdırılması, qarşısının alınması və bu sahədə görülmüş digər işlər təşkil etmişdir.

Dəyərləndirmə səfəri çərçivəsində monitorinq qrupunun üzvləri Tacikistan Respublikasının Baş prokuroru, Dövlət maliyyə Nəzarəti və Korrupsiya ilə mübarizə Agentliyinin direktoru, Ombudsman, parlament üzvləri və OECD tərəfindən verilmiş tövsiyələrin icrasına məsul olan dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilmiş və korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülmüş işlərə dair dinləmələr aparılmışdır.

Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsi çərçivəsində növbəti görüşün cari ilin aprelində keçirilməsi nəzərdə tutulmuşdur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO