Azərbaycanlı jurnalist Türkiyədən qovuldu

Azərbaycanlı jurnalist Türkiyədən qovuldu

Hazırda oxunan: Azərbaycanlı jurnalist Türkiyədən qovuldu

41236

"Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Moderator.az-ın məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun twitter hesabında hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı yazdığı statuslar olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO