\

\"Şuşanın sonuncu skripkaçısı\" - Reza Deqatidən 1992-ci il FOTOSU

Hazırda oxunan: \"Şuşanın sonuncu skripkaçısı\" - Reza Deqatidən 1992-ci il FOTOSU

38586

Dünya şöhrətli fotojurnalist Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu instaqram səhifəsində paylaşıb.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“Mən Şuşadan çıxan son jurnalist idim və mühasirədə olan şəhər düşmənin əlinə keçməmiş oranı tərk etməli idim.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur fotojurnalistdən Nizami Gəncəvi ilə bağlı PAYLAŞIM - FOTO 


Birinci Qarabağ müharibəsini işiqlandırmağa başlayandan bir ay sonra başa düşdüm ki, Azərbaycanın peşəkar ordusu yoxdur, döyüşçülərin bir çoxu könüllü və ya polis olublar.

Vəziyyət çox gərgin, itkilər isə çox olsa da, işlərini tərk edərək Azərbaycanın hər yerindən Qarabağı müdafiə etmək üçün gələnlərin yüksək əhval-ruhiyyəsi məni heyrətləndirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka mərmi atəşi ilə məhv edildi, ancaq o, alətin çubuğunu saxladı və bəzi melodiyaları ifa etmək üçün kalaşnikovdan istifadə edirdi”.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO