Çörək niyə bahalaşdı? – “Qiyməti artırmasaq, zavodu bağlamalı olacağıq”

Çörək niyə bahalaşdı? – “Qiyməti artırmasaq, zavodu bağlamalı olacağıq”

Hazırda oxunan: Çörək niyə bahalaşdı? – “Qiyməti artırmasaq, zavodu bağlamalı olacağıq”

37033

Dünəndən etibarən Azərbaycanda çörək bahalaşıb. Marketlərdə qiymət artımı bütün çörək istehsalı müəssisələrinin deyil, bəzi şirkətlərin məhsulunda müşahidə olunub. Konkret olaraq “Çörəkçi”,  “№1”, “Baker” cörək zavodları qiyməti artırıb.  

Bəs, bahalaşmaya səbəb nədir?

“№1” Gilan Çörək Zavodunun satış müdiri Rahim Nizaməddinov Bizim.Media-ya bunları deyib: 

“Yanvar ayından dizelin qiymətində 33 faiz artım oldu. Biz də çörəkləri dizellə işləyən maşınlarla market və obyektlərə paylayırıq. Mütəmadi olaraq un qiymətlərinin artımı müşahidə olunur. Çörəkləri yığdığımız salafan torbaların qiymətində də 20 faiz artım olub. Şəkər tozunun, yağların qiyməti də artıb. Bizim istehsal etdiyimiz bəzi məmulatlarda şəkər tozu və yağdan istifadə olunur”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB


Rahim Nizammədinov deyib ki, maya dəyəri artdığı üçün çörəyin qiymətini artırmaq məcburiyyətində qalıblar: 

“Baxmayaraq ki, dizelin, unun və s. məhsulların qiymətində daha çox artım var, real qiymət artımının qarşılığında bizdə də 7-8 faizlik bahalaşma olub. Bizdə 700 nəfərədək işçi çalışır. Onların əmək haqlarını qarşılıya bilmirik. Qiymət artımına getməsək, zavodu bağlamaq məcburiyyətində qalmalıyıq”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO