Nazir xəbərdarlıq etdi

Nazir xəbərdarlıq etdi

Hazırda oxunan: Nazir xəbərdarlıq etdi

32567

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ilə bağlı hər yubanma gününə görə məsuliyyət daşıyır.

Moderator.az-ın məlumatına görə bunu açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbas bildirib. Nazir qeyd edib ki, avqustun 1-dən etibarən mobil nömrələrin danışması layihəsi reallaşdırılmalı idi: «Lakin müəyyən texniki problemlərlə əlaqədar olaraq bu prosesə keçid yubanır. Ancaq hər bir mobil operator bilməlidir ki, onlar bu sistemə keçidin ləngiməsinin hər günə görə məsuliyyət daşıyırlar». 

Qeyd edək ki, bir müddət öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulamışdı.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO