
- A-
- A
- A+
“Belə olsa, hökumətin başqa çarəsi qalmayacaq” - ÜST rəsmisi
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı yüksək yoluxma göstəriciləri fonunda qapanmaların mümkünlüyündən danışıb.
Bizim.Media xəbər verir ki, o, REAL-a müsahibəsində bildirib ki, əgər çox sayda insan yoluxarsa, çox sayda insanın xəstəxanaya yerləşdirilməsi zərurəti yaranarsa və xəstəxanalar dolarsa, hökumətlərin başqa çarəsi olmayacaq.
MÖVZU İLƏ BAĞLI:
“Bəşəriyyəti böyük təhlükə gözləyir” - ÜST rəhbəri
“Bu, təkcə Azərbaycan yox, dünyada belədir. O sürəti azaltmağa məcburuq. Bunun da çarəsi mümkün qədər insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Biz ÜST olaraq bunların hamısının edilməsinin tərəfdarıyıq. Yəni məsafə, əl gigiyenası, respirator gigiyena və peyvənd zəruridir”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































