Həftəsonu taksilər işləməyəcək

Həftəsonu taksilər işləməyəcək

Hazırda oxunan: Həftəsonu taksilər işləməyəcək

3106

Azərbaycanda tətbiq edilən sərt karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.

Bunu Bizim.Media-ya  Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.

O bildirib ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın  qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.

"Fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi fəaliyyəti yer almayıb''.

''İcazə verilməyənlərin siyahısında da ictimai nəqliyyat xüsusi qeyd olunub və taksi də ictimai nəqliyyatın bir növüdür''.

''Buna görə də  biz Operativ Qərargahın müvafiq qərarlarına istinad edib, deyirik ki, işləməyəcək", - G. Gözəlova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO