“Space” də yeni təyinat QALMAQALA səbəb oldu – DETALLAR

“Space” də yeni təyinat QALMAQALA səbəb oldu – DETALLAR

Hazırda oxunan: “Space” də yeni təyinat QALMAQALA səbəb oldu – DETALLAR

28463

“Space” televiziyasında daha bir kadr dəyişikliyi olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, tanınmış jurnalist Eldəniz Vəliyev kanalın xəbərlər departamentinin baş redaktor vəzifəsindən ayrılıb.

Onun yerinə isə jurnalist Zahid Nurəliyev təyinat alıb. O, uzun müddət mətbuat orqanlarında çalışıb.

Xəbərlərin yeni baş redaktoru kollektivə kanalın baş direktoru Müşfiq Hətəmov tərəfindən təqdim olunub. O, Eldəniz Vəliyevlə bu tezliklə yollarının ayrılması səbəbindən və kollektivlə maraqlı layihələr işləmək arzusundan danışıb. İclas zamanı M. Hətəmov qeyd edib ki, Eldəniz Vəliyevin tövsiyyəsi ilə bu postu Zahid Nurəliyevə sınaq müddəti nəzərə alınmaqla 3 ay müddətinə həvalə edib.

Yeni təyinatdan narazı qalan “Space”in xəbərlər departamentinin redaktoru jurnalist Azadə Balayeva öz etirazını bildirib. O, M.Hətəmova bildirib ki, uzun müddətdir televiziya sahəsində çalışıb və seçimin niyə məhz televiziyada təcrübəsi olmayan Zahid Nurəliyevlə bağlı olmasını başa düşmədiyini deyib. M.Hətəmov isə cavabında bildirib ki, əgər öz namizədliyini irəli sürmək fikri var idisə, əvvəlcədən bu haqda rəhbərliyi xəbərdar etməli idi.

Sonda baş direktor qeyd edib ki, o, 3 aylıq sınaq müddətindən sonra bu təyinat barəsində dəqiq qərar verəcək.

Mənbənin bildirdiyinə görə, Eldəniz Vəliyev dövlət qurumlarının birində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunduğu üçün “Space”dən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO