Deputat: “Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil”

Deputat: “Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil”

Hazırda oxunan: Deputat: “Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil”
273161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda nəqliyyat infrastrukturunun idarəedilməsi ilə əlaqədar yeni qanunun hazırlanması təklif edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında çıxış edib.

O qeyd edib ki, qanun layihəsi yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətini koordinasiya etməyə, onların səlahiyyətlərini müəyyənləşdirməyə xidmət etməlidir:
 

"Hesab edirəm ki, xüsusilə, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır. Buna bənzər ünvanlarda nəqliyyatın təşkili həyata keçirilsə, effektiv olar.


Ümumilikdə isə düşünürəm ki, Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO