Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Hazırda oxunan: Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI
271570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsən rayonunda kişi evə gec gələn arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Zağalı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Seymur Əliyevin həyat yoldaşının qohumları onlara qonaq gəlib. Səhəri gün qohumlar şəhərə gəzməyə getmək istədiyini deyiblər. S.Əliyevin işi olduğu üçün o, həyat yoldaşının onlarla gəzməyə getməsinə icazə verib. S.Əliyev özü isə şəxsi işlərinin arxasınca gedib.

Axşam saatlarında sərxoş vəziyyətdə evə qayıdan S.Əliyev həyat yoldaşını və qonaqları evə qayıtmadığını görüb, onlara zəng vurub. O, həyat yoldaşından evin açarlarının yerini soruşub. Həyat yoldaşı evin açarlarının yerini desə də, S.Əliyev açarları tapmayıb və onları gözləyib.

Qadın evə gəlib və açarları dediyi yerdən götürüb qapını açıb. Evə daxil olan cütlük arasında mübahisə başlayıb. Mübahisə nəticəsində S.Əliyev həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.

Qadın hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.

Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO