Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu

Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu

Hazırda oxunan: Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu
271265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayonunda qayınata gəlinini balta ilə vurub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Kənd sakini Cəmil Əliyev (ad və soyad şərtidir) yaşadığı evin qapısını açıq görüb.

O, otağa daxil olaraq gəlinindən qapını niyə açıq qoyduğunu soruşub. Həmin vaxt qayınata ilə gəlin arasında mübahisə baş verib və Cəmil gəlinini küçə söyüşləri ilə təhqir edib.
 

Hadisədən əsəbiləşən gəlin də qayınatasını söyüb. Nəticədə Cəmil gəlininin saçından tutaraq dartıb onu yerə yıxıb. Daha sonra Cəmil evdən baltanı götürərək gəlinin başına zərbə endirib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.


Göygöl Rayon Məhkəməsinin hökmü ilə C.Əliyev aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO