Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Hazırda oxunan: Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
270763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süni intellektə güvənərək səhhətində problem olmadığını düşünən bir şəxs həyatını itirmə təhlükəsi ilə üz-üzə qalıb. Bu fakt bir daha sübut edir ki, süni intellekt insan sağlığını təhlükə altında qoyacaq qədər təhlükəlidir.

Ümumiyyətlə son zamanlar bəzi  insanlar sağlamlıq məsələlərində ChatGPT - ə güvənirlər. Hətta süni intellektin köməyilə özbaşına müalicə olunub, aptekdən dərman belə alırlar.

Bəs bu nə dərəcədə doğrudur? Bu məsələdə ChatGPT nə qədər etibarlıdr?

Bizim.Media-ya açıqlama verən professor Rəşid Mahmudov mövzu ilə bağlı sərt mövqeyini bildirib. O, qeyd edib ki, internet və süni intellekt tibbin yerini ala bilməz:

“Süni intellekt ümumiləşmiş sözdür. O, insanları müalicə edə bilməz, həkimlik sənətini heç vaxt əvəz edə bilməz. Tarixi məlumatı təqdim edər, amma həkimlik tamam başqa bir sahədir. Burada yaş fərqi, uşaqlıq, müxtəlif xəstəliklər nəzərə alınır. Süni intellekt heç vaxt dəqiq diaqnoz qoya bilməz”, -  deyə professor vurğulayıb.

Rəşid Mahmudov insanlara çağırış edərək, tibbi məsələlərdə süni intellektə inanmağın təhlükəli olduğunu diqqətə çatdırıb:

“Süni intellekt həkimlik üçün yararlı deyil. Həkimlik coğrafiya, tarix və ya ədəbiyyat deyil”, - deyə o əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO