Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat

Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat

Hazırda oxunan: Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat
270755
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan öncə isə xaricdə yaşayan Qabil Məmmədov və Tural Sadıqlı ilə bağlı da müvafiq qərarlar verilmişdi. Bəs bu şəxslərin ölkəmizə gətirilməsi mümkün olacaqmı?

Bizim.Media-nın məlumatına görə, bu barədə “Demokrat.az”a danışan millət vəkili Aydın Hüseynov bildirib ki, Məhəmməd Mirzəli, Qabil Məmmədov və Tural Sadıqlı Azərbaycana gətiriləcək və öz cəzalarını çəkəcəklər:
 

“Çünki Azərbaycan məhkəməsi onları Azərbaycan qanunlarına əsasən məhkum edib. Azərbaycanda qanun alidir və qanunun aliliyi yüksək səviyyədə qorunur. Hər kəs qanun qarşısında cavabdehdir, törətdiyi cinayətə və əməllərinə görə layiqli cəzasını almalıdır. Bu şəxslər də öz cəzalarını çəkəcəklər.


O ki qaldı onların Azərbaycana gətirilməsi məsələsinə, məlumdur ki, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində də onları ölkəmizə gətirəcək. Azərbaycanın buna haqqı var. Azərbaycan heç bir ölkənin vətəndaşının cinayət törədərək Azərbaycanda qalmasına imkan vermir. Eyni şəkildə adekvat addımın digər ölkələrdən də tələb olunması tamamilə doğrudur”.

Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO