Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin SAYI AÇIQLANDI

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin SAYI AÇIQLANDI
270107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 028 uşaq cəlb olunub.
 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 149 tərbiyəçi-müəllim çalışır.


Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO