Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO

Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO
270096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşən, Qəbələnin Qəmərvan kənd sakini, şəhid Vəkil Qayıbovun nəşi doğulduğu kəndə gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qayıbovlar ailədə beş uşaq olub - iki oğlan, üç qız.
 

Vəkil ailənin ilk övladı olub. Ata-anasının, ailənin əsas yükünü çiyinlərinə götürməyə çalışıb. Birinci Qarabağ müharibəsinin qızğın dövründə, yəni 1992-ci ildə təhsil aldığı Bakı Ticarət Texnikumunu yarımçıq kəsərək cəbhəyə yollanıb.


Döyüşlərə Ağdərə rayonu istiqamətində qoşulub və cəsurluğu, qorxmazlığı ilə seçilib. Dəfələrlə düşmənlə üz-üzə döyüşüb, vurduğu zərbələrlə fərqlənib. 1992-ci ilin 15 iyununda Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdən birində itkin düşüb. O gündən onun nə ölüsündən, nə dirisindən xəbər tutan olmayıb.

Ailə üzvləri onun tapılması üçün bütün imkanlardan istifadə etməyə çalışıb. Lakin kimsənin Vəkil haqda məlumatı olmayıb. 33 il sonra onun nəşi ata yurduna gətirilib.

Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib.

Mərasimdə kənd sakinləri, rayon ictimaiyyəti, şəhid və qazi ailə üzvləri iştirak edib. Şüarlar səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.




Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 1
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 2
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 3
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 4
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 5
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 6
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 7
Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO - foto 8

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO