
- A-
- A
- A+
Cəmiyyət
08:31 / 30.08.2025
1 dəq oxunma
32 ildən sonra İLK - Ağdama sərnişin qatarı yola düşdü - FOTO/VİDEO
Hazırda oxunan: 32 ildən sonra İLK - Ağdama sərnişin qatarı yola düşdü - FOTO/VİDEO
267754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
32 ildən sonra Bakıdan Ağdama ilk sərnişin qatarı yola düşüb.
Bizim.Media xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərəcək.
Sərnişinlərə “Standart”, “Standart+”, “Biznes” və “Birinci sinif” üzrə səyahət imkanları təklif olunacaq.
Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.
Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 manat təşkil edir.
Səfər zamanı qatarda ödənişsiz "Wi-Fi" xidmətindən yararlanmaq mümkün olacaq.
İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.
32 il öncə təxminən 9 saata qət edilən yolu bundan sonra 4 saata getmək mümkün olacaq.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






































































































