Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev dəfn edildi – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev dəfn edildi – FOTO
267640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Rizvan Qara oğlu Hacıyev Kürdəmir rayonunda dəfn olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Kürdəmirin Qocalı kəndində vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, R.Hacıyev 1993-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Füzulinin Qacar kəndi yaxınlığında aşkarlanıb.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev dəfn edildi – FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev dəfn edildi – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO