“Təki həmişə belə zəlzələ olsun” - Qurban Yetirmişli

“Təki həmişə belə zəlzələ olsun” - Qurban Yetirmişli

Hazırda oxunan: “Təki həmişə belə zəlzələ olsun” - Qurban Yetirmişli
267248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu “Report.az”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur:
 

“Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib, Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün hiss olunub.


Təki həmişə belə zəlzələ olsun. Qonşu ölkələrdə - Gürcüstan, Ermənistan, İranda, eyni zamanda Xəzər dənizində təkanlar var. Bunların hiss olunması normaldır”.
 

Qeyd edək ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.


Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO