Müasir dövrümüzdə insanlarda göz xəstəliklərinin müxtəlif növü aşkar olunmaqdadır. Əsasən də gənclərin gözlərində görmə qabiliyyətinin zəif olması daha çox müşahidə olunur.xa0
Bəs bunun hansı müalicə üsulları var?xa0
Tanınmış oftalomoloq Paşa Qəlbinur Moderator.az-a açıqlamasında bildirdi ki, müasir tibb avadanlıqlar vasitəsilə bu cür göz xəstəliklərinin qarşısını almaq və insanları eynəkdən azad etmək mümkündür:
“Bu gün əsasən orta nəsil nümayəndələrinin gözlərində zəiflik daha çox özünü büruzə verir. Bunun da səbəbi elmin və texnikanın inkişafıyla bağlıdır. Məsələn, bizim xəstəxanada Amerikadan gətirilən bir aparat var ki, onunla gözü zəif olan adamı lazer üsulu ilə əməliyyat edərək, heç bir ağrı və kəsik olmadan xəstəni əməliyyatdan sonra evə buraxa bilirik. Elə xəstə var ki, gözü zəif olduğu üçün eynək də taxa bilmir, yəni eynək taxarkən baş ağrısı və gicəllənməsi kimi problemlər yaşayır. Amma bu cür əməliyyatla biz xəstəni birdəfəlik eynəkdən xilas edərək, gözlərinin əvvəlki görmə qabiliyyətini geri qaytarırıq. Bu gün xəstələr əsasən bu cür əməliyyatlara üstünlük verirlər”.
Vasif Əlihüseyn






































































































