Sentyabrda Bakı yollarındakı xaosu təsəvvür etmək çətin deyil... – VİDEO

Sentyabrda Bakı yollarındakı xaosu təsəvvür etmək çətin deyil... – VİDEO

Hazırda oxunan: Sentyabrda Bakı yollarındakı xaosu təsəvvür etmək çətin deyil... – VİDEO
263855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay günlərində Bakının bir çox ərazilərində yollarda sıxlıq yaşanır. Bu da vətəndaşların narazılığına səbəb olur.

Bizim.Media xəbər verir ki, AzTV Bakıdakı tıxacın səbəblərini araşdırıb.

Bildirilib ki, Ziya Bünyadov prospekti, Sumqayıt şosesi, 20 Yanvar istiqaməti, Tbilisi prospekti və Heydər Əliyev prospektində hər gün sıxlıq olmasının səbəbləri müxtəlifdir.
 

Belə ki, Ziya Bünyadov istiqamətində hərəkəti ləngidən əsas səbəb 20 Yanvar istiqaməti üzrə yolun davamının yarımçıq qalmasıdır. Cənub istiqamətində hərəkət edən sürücü şimal istiqamətinə gedib fırlanıb Kənar Dairəvi yola çıxır.


Yəni bir çox sürücülər yollarını məcburən Ziya Bünyadov prospektindən salmalı olurlar.

20 Yanvarda tıxacın yaranmasının səbəbi isə səhər və axşam saatlarında Xırdalan dairəsi istiqamətində olan sıxlıqdır. Təklif olunur ki, bu ərazidə mini asma körpü salınsın, bu zaman problem aradan qalxa bilər.
 

Sürücülər isə sıxlığa görə çətinlik çəkdiklərini bildiriblər: “Dəhşətli dərəcədə əziyyət çəkirik, hər kəs çətinliklə gedib-gəlir. Bu tıxaclar bizi bezdirib”.


Onlar tıxacın əsasən Xırdalan dairəsində olduğunu da vurğulayıblar.Süjetdə həmçinin qeyd olunub ki, paytaxtın daha yaralı yeri Kənar Dairəvi yoldur.
 

Pik saatlarda burada da vəziyyət çıxılmaz hal alır. Bu ərazilərdə daimi olaraq sıxlığın yaşanmasının əsas səbəbi Kənar Dairəvi yolun düzgün planlaşdırılmamasıdır.


Nəticədə Heydər Əliyev prospekti - Hava Limanı istiqamətində yüklənmə yaranır.

Bu istiqamətdə qəza baş verərsə, hərəkət tamamilə iflic olar.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO