Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Hazırda oxunan: Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

263557

Ermənistan girovluğunda saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov barədə xəbər var.

Erməni ombudsman Arman Tatoyan azərbaycanlı girovu ziyarət edib.

Qırmızı Xaç Cəmiyyətininin Ermənistanxa0ofisinin rəhbəri Zara Amatuni isə humanitar təşkilatın azərbaycanlı girovla görüşmədiyini, lakin ziyarətin təşkil olunması üçün çalışdıqlarını bildirib.

xa0

Xatırladaq ki, bəzi Ermənistan saytları Elvin İbrahimovun Azərbaycanda təxribat törətməyi planlaşdıran Berdavan kənd sakini Karen Kazaryanla dəyişdirmək planlarını açıqlayıb.

xa0

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycanın Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

xa0

Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.xa0


Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimovxa0Qazaxxa0rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.xa0

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib. (Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO