Niğde Ömer Halisdemir Universitetində “Hazana övgü” kitabının təqdimatı və imza günü oldu

Niğde Ömer Halisdemir Universitetində “Hazana övgü” kitabının təqdimatı və imza günü oldu

Hazırda oxunan: Niğde Ömer Halisdemir Universitetində “Hazana övgü” kitabının təqdimatı və imza günü oldu

262778

2019-cu il martın 12-də Niğde Ömer Halisdemir Universitetinin böyük konsert salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı universitetin professor-müəllim heyəti və tələbələri ilə İstanbulda yeni çapdan çıxmış “Hazana övgü” kitabının təqdimatı və imza günü keçirildi. Hamlet İsaxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Kitabın tərcüməçisi, şair-yazar İmdat Avşar “Hazana övgü” şeirler kitabı haqqında danışdı. Şairin kitabda çap olunmuş şeirləri haqqında fikirlərini bildirdi.

Sonra Hamlet İsaxanlı salona toplaşanları səmimi salamlayaraq, çoxlu sayda şeirlərini oxudu.

Təqdimat mərasimindən sonra universitetin foyesində tələbələr “Hazana övgü” kitabını imzalatmaq və xatirə şəkilləri çəkdirmək üçün toplaşdılar. İmza tədbirinden sonra Hamlet İsaxanlı tələbələrin suallarını cavablandırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO