BSU-da Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

BSU-da Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

Hazırda oxunan: BSU-da Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

260787

Bildiyimiz kimi, Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Tədbirlər proqramı çərçivəsində BSU-nun Ölkəşünaslar dərnəyi tərəfindən 1000 ədəd qara lent hazırlanıb, fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş anım mərasimində iştirakçılara paylanıb. Dərnəyin sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, dərnək tərəfindən keçirilən bu aksiya BSU rəhbərliyi, müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib.


A.Qaybaliyeva Ölkəşünaslar dərnəyinin məqsədinin Azərbaycanın, o cümlədən BSU-da tədris olunan dünya xalqlarının tarixini gənclərə təbliğ etməkdən ibarət olduğunu deyib. Onun sözlərinə görə, dərnək həmin təbliğata ilk növbədə Azəbaycanın tarixinin düzgün mənimsədilməsindən başlayıb. Bu tarixin BSU-da təhsil alan əcnəbi tələbələrə öyrədilməsi məqsədilə Xocalı soyqırımının 27-ci ildönümündə qara lent aksiyası keçirib.

Ölkəşünaslar dərnəyi tərəfindən tərcümə fakültəsinin tələbələri ilə birgə BSU-nun foyesində Xocalı qurbanlarının xatirəsinə həsr olunan stend hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO