Bu gün şagirdlər Azərbaycan dili fənni üzrə imtahan verəcək 

Hazırda oxunan: Bu gün şagirdlər Azərbaycan dili fənni üzrə imtahan verəcək 

26006

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək. 

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO