Xaçmazda avtomobil elektrik və qaz xətlərini zədələdi - FOTO 

Xaçmazda avtomobil elektrik və qaz xətlərini zədələdi - FOTO 

Hazırda oxunan: Xaçmazda avtomobil elektrik və qaz xətlərini zədələdi - FOTO 

25858

İyunun 22-də Xaçmazda yoldan çıxan avtomobil elektrik dirəyinə çırpılıb. 

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında şəhərin “20 Yanvar” küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq yüksəkgərginlikli elektrik xəttini saxlayan dirəyə çırpılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 2 avtomobil toqquşdu – Yaralılar xəstəxanaya aparıldı


Zərbənin gücündən elektrik dirəyi aşaraq qaz və rabitə xətlərini də sıradan çıxarıb. Qəza zamanı sürücü yüngül xəsarətlər alıb. 

Qəza baş verən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO