Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO

Hazırda oxunan: Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO
255779
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ İran sərhədinə nəhəng nəqliyyat və döyüş təyyarələri yerləşdirməklə bölgədəki hərbi varlığını gücləndirir. 

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, dünyanın ən böyük hərbi nəqliyyat təyyarələrindən biri olan C-5M Super Galaxy-ni İran sərhədi yaxınlığında yerləşən Səudiyyə Ərəbistanına göndərib. 

Təyyarənin İtaliyadakı Aviano aviabazasından havaya qalxdığı bildirilir. Nəhəng yük təyyarəsi zirehli texnika, ağır silah sistemləri və digər iri hərbi texnika daşımaq qabiliyyətinə malikdir. 
 

Bu addım Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, bölgədə hava üstünlüyü və sürətli cavab imkanlarının artırılması da hədəflənir. 


ABŞ Müdafiə Nazirliyi bölgədə artan İran-İsrail gərginliyinə qarşı müdafiə tədbirlərini artırarkən, bölgəyə təkcə C-5M deyil, F-16, F-22, F-35 döyüş təyyarələri və tanker təyyarələri də yerləşdirib. Reuters-in məlumatına görə, bu yerləşdirmələr “sırf müdafiə” xarakteri daşıyır və ABŞ qoşunlarını və regiondakı müttəfiqlərini qorumaq məqsədi daşıyır.

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO - foto 1

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO