Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib - VİDEO

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib - VİDEO

Hazırda oxunan: Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib - VİDEO
254859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdışla bağlı maarifləndirmənin təmin olunmasıdır.
 

Tədbir zamanı iştirakçılara dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin hüquqi əsasları və başaçatma müddətləri, hüquqi müddətlərin hesablanması, onların qanunvericiliyə uyğunluğu və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib.


Şirvan regional vəkil bürosunun rəhbəri Ruslan Mirzəyev qeyd edib ki, belə ödənişsiz hüquqi yardımlar şəhid ailələri və qazilər üçün də mütəmadi olaraq təşkil olunur.

O, eyni zamanda, keçmiş məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə yönəlmiş bu təşəbbüsə çox sayda vəkilin könüllü şəkildə qoşulmasını yüksək qiymətləndirib.

Tədbir çərçivəsində 80-dən çox keçmiş məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib, onların sualları cavablandırılıb.

Məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına yönələn hüquqi maarifləndirmə tədbirləri respublikanın digər bölgələrində də təşkil ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO