Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO

Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO

Hazırda oxunan: Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO
252276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirilib.

“Tarixi abidələrimizi, memarlıq irsimizi qoruyaq sahib çıxaq” adlı aksiyada muzeyə ziyarətə gələn yerli və xarici turistlər də iştirak edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Fazıl kəndində yerləşən "Əbədi sükut dünyası - Labirint" praktiki arxeoloji muzey dünyanın nadir tarix-memarlıq abidələrindən sayılır.

Bu muzey Təpə başı nekropolunun yaradıcıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun görkəmli arxeoloqu, mərhum Nəsib Muxtarovun rəhbərliyi ilə illərlə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində ərsəyə gətirilib. Hazırda muzeyə İntizar Bədəlova rəhbərlik edir.
Bu günlərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi əməkdaşlarının təşəbbüsü ilə muzey ərazisində ekoloji aksiya təşkil edilib. Xeyli sayda ağac və gül kolları əkilib, abadlıq işləri həyata keçirilib.

Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO - foto 1
Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO - foto 2
Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO - foto 3


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO