Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO

Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO

Hazırda oxunan: Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO
251239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.

Bizim.Media xəbər verir ki, orkestrə Murtuza Bülbül dirijorluq edib.

İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib.

Daha sonra Xalq Artisti Mənsum İbrahomovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir.

Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib.

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.

Bu il festivalın birinci günündə müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna" adlı teatr tamaşası nümayiş olunub.

Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 1
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 2
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 3
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 4
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 5
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 6
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 7
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 8
Polad Bülbüloğlu Cıdır düzündə konsert verdi - FOTO - foto 9
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO