Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanlı alim vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı alim vəfat etdi - FOTO
251237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi və mərkəzin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da Qusar rayonunun Köhnə Qazmalar kəndində anadan olub.
 

O, 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya mərkəzinə üzv, 1996-cı ildə həqiqi üzv seçilən ilk Azərbaycan alimidir. O, 1993-cü ildən başlayaraq ardıcıl olaraq "Nobel mükafatı laureatları"nın görüş konfranslarında və Stokholm şəhərində Nobel mükafatları komitəsində məruzələrlə çıxış edib. B.Ələsgərov Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə yaradılmış "AMEA nəzdində Nobel İnformasiya Mərkəzi"nə uzun illər rəhbərlik edib.


Onun təşəbbüsü ilə ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzi Azərbaycanda təşkil olunub. B.Ələsgərov 2005-ci ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. 2013-cü ildə isə Nobelin yubiley konfransının təşkilat komitəsinə üzv seçilib və burada elmi məruzə ilə çıxış edib.

Elə həmin il Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Respublika Ağsaqqallar Şurasının üzvü olan B.Ələsgərov həm də 30-a yaxın kitabın, 400-ə yaxın elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycanlı alim vəfat etdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO