Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO

Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO

Hazırda oxunan: Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO
250029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türki dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin bu il anadan olmasının 100 illliyi dövlət səviyyəsində qeyd olunur.

Bizim.Media-nın yerıi bürosu xəbər verir ki, konfransdan əvvəl Türk dövlətləri səfirlərinin bir qrupu şairin şəhərin Yuxarı baş məhəlləsindəki ev-muzeyini ziyarət eidb, burada yaradılan şərait və muzeyin eksponatları ilə tanış olublar.
 

Daha sonra AMEA və Mahmud Kaşqari Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə Türk dövlətlərinin səfirləri, AMEA, TÜRKPA, Türk Mədəni İrsi Fondu, TÜRKSOY, M.Kaşqari Fondunun və Azərbaycanın Milli Məclisinin deputatlarının iştirakı ilə türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə konfrans keçirilib.


Çıxış və məruzələrdə B. Vahabzadə yaradıcılığından bəhs edilib, Türk dünyası qarşısında xidmətlərindən bəhs olunub, eyni zamanda ictimai-siyası həyatdakı fəaliyyətindən danışılıb.

Konfrans ədəbi-bədii proqramla davam edib.

Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 1
Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 2
Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 3
Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 4
Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 5
Türk dövlətlərinin səfirləri Şəkidə bir araya gəldi - FOTO - foto 6

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO