65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ

65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ

Hazırda oxunan: 65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ
249703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“65 yaşa çatmış tibb işçilərinin sertifikasiyaya cəlb edilməməsi məsələsi ilə razı ola bilmirəm. Ona görə ki, onların mütəmadi olaraq fəaliyyət müddətini uzadırıq. Bir neçə il uzadaraq ən aşağı 70 ilə yaxın yaşı olan insanlar çalışır və biz onlara böyük hörmətlə yanaşırıq. 65 yaşlı həkimlərin sertifikasiyaya cəlb olunması həmçinin onların əqli fəaliyyətini də qiymətləndirir”.

Bizim.Media xəbəbr verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bidirib ki, gələcəkdə 70 yaşı olan həkimlərin əqli fəaliyyətini qiymətləndirmək üçün komissiya yaradıla bilər:

“Bəzi  ölkələrdə 70 yaşından sonra tibb işçiləri üçün xüsusi komissiya yaradılır. Onlar hər il o komisisiyadan keçirlər, əgər əqli fəaliyyətləri normaldırsa, onlara həmin peşə çərçivəsində fəaliyyətlərini davam etdirməyə icazə verilir. Bu, gələcəyin məsələsidir. Səhiyyyə Nazirliyi tərəfindən bu istiqamətdə də addımlar atılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO