Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Hazırda oxunan: Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

245299
Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.xa0

Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.xa0

Havanın temperaturunun gecə 8-11° gündüz 17-20° isti olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.xa0

Havanın temperaturu gecə 2-7°, gündüz 15-20°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO