Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi

Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi

Hazırda oxunan: Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi
243210
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib.

Bizim.Media xəbər verir ki, generalın Faiq adlı bacısı oğlu hazırda N saylı hərbi hissələrdən birində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edir.

Onu şantaj edən isə tanışı İsmayıl adlı şəxs olub. Belə ki, İsmayıl adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmayıl şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub.

Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmayılla əlaqəyə keçib. Onların ortaq tanışı vasitəsi ilə razılığa gəliblər.

Məlumata görə İsmayıl şikayətləri dayandırmaq üçün Faiqdən 10 min manat istəyib. Sonra 6 min manata razılaşıblar. İsmayıl 3 min manatı alandan sonra həbs edilib.

Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmayılın mobil telefonunda aşkar edilib.

Xatırladaq ki, general Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO