Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

Hazırda oxunan: Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq
242970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, 1-ci sinfə qəbul qaydalarında bəzi yeniliklər edilib.

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO