Ekskavator sürücüsü də HƏBS EDİLDİ

Ekskavator sürücüsü də HƏBS EDİLDİ

Hazırda oxunan: Ekskavator sürücüsü də HƏBS EDİLDİ

241446

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"Melissa Group"un rəhbəri ilə bağlı QƏRAR VERİLDİ


Eynullayev Qala Seymur oglu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəlsi ilə ittiham verilib.

Qeyd edək ki, qanunsuz söküntü ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində də 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO