ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO

ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO

Hazırda oxunan: ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO
240146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və universitetin əməkdaşları Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət ediblər.

ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Rüfət Əzizov şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın 30 ilə yaxın düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini deyən Rüfət Əzizov şəhidlərimizin igidliyi sayəsində bu gün suveren Azərbaycanın hər yerində uca bayrağımızın dalğalandığını deyib.

ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 11

O əlavə edib ki, ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlanılır və onlar universitet üçün hər zaman doğma, əziz insanlardır.

Universitetin nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda şəhid ailələrini ziyarət edib, bayramlarını təbrik edərək xoş arzularını çatdırıb və hər zaman yanlarında olduqlarını bildiriblər.

Görüş zamanı şəhidlərin abidə kompleksləri ziyarət olunub, büstləri önünə gül dəstələri düzülüb.

ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 12

Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və bu gün onların ailə üzvləri universitetin ən doğma və əziz insanlarıdır. Şəhid valideynləri ilə söhbət zamanı onlar da göstərilən diqqətə görə razılıqlarını bildirib və övladlarının vaxtilə təhsil aldıqları ADNSU-nu, eləcə də onun böyük kollektivini özlərinə doğma saydıqlarını deyiblər.

ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 1
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 2
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 3
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 4
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 5
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 6
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 7
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 8
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 9
ADNSU-nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib - FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO