Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO

Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO

Hazırda oxunan: Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO
239460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ənənəvi olaraq Novruz Bayramı ərəfəsində Bakı bulvarı şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilir.

Bu səbəbdən Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında qurumun bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırladığını bildirib:

Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 9


"Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxın, gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb",- o deyib.

Bakı Bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir. Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur.




Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 1
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 2
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 3
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 4
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 5
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 6
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 7
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO - foto 8


Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO