AZAL-dan mühüm YENİLİKLƏR: SIM-karta ehtiyacınız olmayacaq

AZAL-dan mühüm YENİLİKLƏR: SIM-karta ehtiyacınız olmayacaq

Hazırda oxunan: AZAL-dan mühüm YENİLİKLƏR: SIM-karta ehtiyacınız olmayacaq
239078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri “GetTransfer” platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.

Bundan əlavə, aviaşirkət “Airalo” platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. Bu yenilik sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.

AZAL həmçinin “Booking” platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.

Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO