SON DƏQİQƏ! Bakı-Moskva təyyarəsi PUA hücumuna görə Kazana ENİŞ ETDİ

SON DƏQİQƏ! Bakı-Moskva təyyarəsi PUA hücumuna görə Kazana ENİŞ ETDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Bakı-Moskva təyyarəsi PUA hücumuna görə Kazana ENİŞ ETDİ
238796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Kazan hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskvaya uçan səkkiz reys Kazandakı ehtiyat aerodromuna yönləndirilib.

“Martın 11-də saat 5:20-dən 8:50-dək (...) Bakı, Oş, Kulyab, İrəvan, eləcə də Novokuznetsk, İrkutsk və Omskdan isə 3 təyyarə Kazan Beynəlxalq Hava Limanındakı alternativ aerodromuna gəlib”, - məlumatda deyilir.

Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının aeroportlarında tətbiq edilən müvəqqəti məhdudiyyətlər olub.

Qeyd edək ki, gecə saatlarında Ukrayna ordusunun Moskva vilayətinə kütləvi PUA hücumu səbəbindən Rusiya paytaxtının və digər şəhərlərinin hava limanlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi. Hazırda hava limanları fəaliyyətini bərpa edib. Hava limanlarında qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 9:15-dən etibarən aradan qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO