Kəlbəcərdə yaralanan AzTV-nin rejissoru: “Vəziyyətim normaldır”

Kəlbəcərdə yaralanan AzTV-nin rejissoru: “Vəziyyətim normaldır”

Hazırda oxunan: Kəlbəcərdə yaralanan AzTV-nin rejissoru: “Vəziyyətim normaldır”

23543

Kəlbəcər rayonunda minaya düşərək xəsarət almış şəxslərdən biri- AzTV-nin rejissoru Emin Məmmədov səhhəti barədə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Dövlət Televiziyasının efirinə bağlanan E. Məmmədov vəziyyətinin stabil olduğunu vurğulayıb:

“Səhər tezdən bizi hospitala yerləşdiriblər. Həkimlər məni müayinə edib. Hazırda vəziyyətim normaldır. Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb. Hazırda vəziyyəti ağırdır”. 

Qeyd edək ki, bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar. Hadisə nəticəsində isə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO