Baş Prokurorluq:  Bu il banklarla bağlı 18 cinayət işi məhkəmələrə göndərilib

Baş Prokurorluq: Bu il banklarla bağlı 18 cinayət işi məhkəmələrə göndərilib

Hazırda oxunan: Baş Prokurorluq: Bu il banklarla bağlı 18 cinayət işi məhkəmələrə göndərilib

234089
"Hesabat dövründə mənzil tikinti korporativ sahəsi ilə bağlı cinayət işləri çoxluq təşkil edib. Bu sahədə 18 şəxs barəsində 9 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

Bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müddətdə bank və bank işi olmayanlarla bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib: "Ziyana gəldikdə isə 17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib. Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin edilib".

K.Əliyev qeyd edib ki, hazırda idarənin istintaq idarəsində 117 cinayət işi üzrə istintaq aparılması işləri həyata keçirilir: "Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir".(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO