Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO

Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO

Hazırda oxunan: Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO
233967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü son yağışlardan sonra qəzalı vəziyyətə düşüb. 

Bu barədə Bizim.Media-nın cənub bürosuna yerli sakinlər məlumat veriblər.
 

Qeyd edək ki, Vənlik kəndi Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsinə daxildir və burada 400 nəfərdən çox əhali yaşayır. Kəndin körpüsü bu yaşayış sahəsinin digər məntəqələrlə gediş-gəliş əlaqəsini təmin edir.  


Körpünün altından keçən son sel yağıntısından sonra buradan hər hansı avtomobilin keçməsi körpünün uçmasına, ən yaxşı halda yan istiqamətlərə sürüşüb aşa bilər. 

Hazırda kənd əhalisi hər hansı fövqəladə hallar vəziyyətində daha çətin vəziyyətə düşə biləcəklərindən narahatdırlar. 

Azərbaycan  Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qrumun nümayəndələri baxış keçiriblər və təmir üçün lazım olan texnika həmin istiqamətə gətirilib və yağılar ara verən kimi təmir işləri aparılacaq

Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO - foto 1
Cəlilabad rayonunda körpü qəzalı vəziyyətə düşüb - FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO