Külək güclənib, bölgələrə yağış, qar yağır - FAKTİKİ HAVA

Külək güclənib, bölgələrə yağış, qar yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Külək güclənib, bölgələrə yağış, qar yağır - FAKTİKİ HAVA
233752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq külək Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO