Gimnastika Məktəbinin kollektivi Şəhidlər xiyabanını ZİYARƏT ETDİ – VİDEO

Gimnastika Məktəbinin kollektivi Şəhidlər xiyabanını ZİYARƏT ETDİ – VİDEO

Hazırda oxunan: Gimnastika Məktəbinin kollektivi Şəhidlər xiyabanını ZİYARƏT ETDİ – VİDEO
232100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18 yanvar 2025-ci il tarixində İOEUG Gimnastika Məktəbi kollektivinin üzvləri və gimnastlar, xalqımızın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi anmaq məqsədilə Şəhidlər xiyabanına ziyarət edib.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı məktəbin məşqçiləri, idmançılar və digər əməkdaşlar, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixindəki əhəmiyyətinə nəzər salaraq, şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad ediblər.

Məktəbin rəhbərliyi və kollektivi, şəhidlərin xatirəsinə ehtiram olaraq, məzarlar önünə gül dəstələri qoyub. Məktəbin direktoru Xaqani Fərəcov, 20 Yanvar şəhidlərinin mübariz və qəhrəmanlıq dolu həyatını gələcək nəsillərə çatdırmağın, vətən sevgisini aşılamağın vacibliyini vurğulayıb.

Bu ziyarət, gimnastların yalnız idman sahəsində deyil, eyni zamanda vətənpərvərlik və milli ruhla yetişmələrini təmin etmək məqsədini daşıyır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO